Toyda karantin qaydalarını pozan şəxs həbs edildi

Toyda karantin qaydalarını pozan şəxs həbs edildi
Hadisə 3

Yanvarın 21-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 117 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, monitorinq 115 şadlıq sarayında, 2 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub. 1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati qaydada həbs edilib. 32 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Daha bir şadlıq evinin sahibi həbs edildi

Daha bir şadlıq evinin sahibi həbs edildi

Yanvarın 11-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərind...

1338 Hadisə 09:40 12 yanvar 2022

Son xəbərlər