Toydan pulları oğurlayan şəxslər yaxalandı - VİDEO
30
iyl
2018
23:53
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Kürdəmirdə toydakı qutudan pul oğurlayan şəxslər saxlanılıb.Kürdəmirin Mollakənd kənd sakini Cosqun İsayev Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, şadlıq sarayında toy mərasimi keçirilib. Toy məclisi zamanı ona məxsus 4700 manat pul naməlum şəxslər tərəfindən şadlıq sarayının ikinci mərtəbəsindəki foyedən oğurlanıb.Aparılan araşdırmalar zamanı toy məclisindən oğurluq edən şəxslərin rayonun Qağacılı kənd sakinləri - 24 yaşlı Tərlan Mazanov və 21 yaşlı Ruhan Bəşirzadə olduğu müəyyənləşib. Onların hər ikisi tutularaq istintaqa cəlb edilib.Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır. /xezerxeber.azBAKU.WS
Oxşar xəbərlər
Toyda yığılan pullar oğurlandı – Azərbaycanda qəribə oğurluq
Kürdəmirdə toyda yığılan pullar oğurlanıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsinə müraciət...