Oğurluq edən Nigar yaxalandı - qızıl, pul və... (VİDEO)
10
yan
2018
08:42
Bakıda ödəmə terminalından pul oğurlayan şəxs saxlanılıb.
Xezerxeber.az bildirir ki, Daxili İşlər Nazirliyinin "102" Zəng Mərkəzinə Bakının Nizami rayonunda dayanacaqlardan birində quraşdırılan ödəmə terminalının qıfılının sındırıldığı və orada olan 1059 manatın oğurlanması barədə məlumat daxil olub. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin paytaxt sakini, əvvəllər məhkum olunmuş Kamran Kərimov tərəfindən törədildiyi müəyyən edilib. O, tutularaq istinataqa təhvil verilib. Saxlanılan şəxs ödəmə terminalının qıfılını balta ilə sındırdığını bildirib. Qaradağ rayonu Lökbatan qəsəbəsində isə Gülzadə Xəlilovaya məxsus mənzildən oğurluq edilib. Bu barədə ev sahibi 10-cu polis bölməsinə məlumat verib. Şikayətçi evdə olmadığı vaxt mənzilindən 5320 manatın və 3375 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Nigar Hüseynova tərəfindən törədildiyi məlum olub və o, saxlanılıb. Nigar Hüseynovanın ətrafında aparılan araşdırma zamanı onun Yasamal rayonunda da bir mənzildən oğurluq etdiyi məlum olub. Bütün faktlarla bağlı cinayət işi başlanılıb, istintaq aparılır. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: BAKU.WSOxşar xəbərlər
Şirvanda bacısının evindən oğurluq edən qadın Bakıda saxlanıldı
Şirvanda oğurluqla məşğul olan şəxs tutulub.BAKU.WS Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 14-də nazirliyin “102 Zəng Mə...