Toydan çıxan kişini maşın vuraraq öldürdü

Toydan çıxan kişini maşın vuraraq öldürdü
Hadisə 143

Qəbələ rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS "report"a istinadən xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun rayonun Zarağan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəbələ şəhər sakini, 1957-ci il təvəllüdlü Mirzəhüseyin Abdukərim oğlu Cəlilov toydan çıxıb yolu keçmək istəyərkən avtomobil onu vurub.

Piyada aldığı ağır bədən xəsarətlərindən hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər