Tovuzda kütləvi dava - Bir nəfər bıçaqlandı

Tovuzda kütləvi dava - Bir nəfər bıçaqlandı
Hadisə 215

Tovuz rayonunda bir nəfərin bıçaqlanması ilə nəticələnən kütləvi dava baş verib.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun mərkəzi parkında baş verib.

Kütləvi dava nəticəsində rayon sakini 1984 cü il təvəllüdlü Elşad Bəhram oğlu Vəliyev qarın nahiyyəsindən bıçaqlanıb.

Yaralı ətrafdakı insanların yardımı ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

İlkin məlumata görə, yaralının vəziyyəti orta ağırdır.

Faktla bağlı polisə məlumat verilib, araşdırma başlanılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər