Tovuzda avtomobil qadını vuraraq öldürüb - FOTO

Tovuzda avtomobil qadını vuraraq öldürüb - FOTO
Foto
Hadisə 128

Tovuzda piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib.

BAKU.WS-in yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun Musa Musayev küçəsində qeydə alınıb.

Abulbəyli kənd sakini, 1968-ci il təvəllüdlü Fazilə Cəfərovanı Tovuz bazarının önündə "VAZ-21015" markalı avtomobil vurub.

O, aldığı xəsarətlərlə xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib və meyiti tibbi ekspertizaya göndərilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər