"Toplum TV" işi üzrə tutulanların həbs müddəti uzadılıb

"Toplum TV" işi üzrə tutulan şəxslərin həbs müddəti uzadılıb.
BAKU.WS APA-a istinadən xəbər verir ki, bununla bağlı Xətai Rayon Məhkəməsi qərar çıxarıb.
Onların barələrində olan həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb.
Qeyd edək ki, bu ilin mart ayının 6-da sosial şəbəkələrdə "Toplum TV"nin ofisində axtarış aparılması, saxlanılanların olması ilə bağlı xəbərlər yayılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin yaydığı məlumata görə, paytaxtın Nərimanov rayonu, Y.V.Çəmənzəminli, ev 98B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər.
Həmin ay Bakı şəhəri Xətai Rayon Məhkəməsi Akif Qurbanov, Ramil Babayev, Əli Zeynalov, Müşfiq Cabbarov, İlkin Əmrahov, Ruslan İzzətli və Ələsgər Məmmədlinin həbsi ilə bağlı təqdimata baxıb və onların hər biri dörd ay müddətinə həbs olunublar.
Adları qeyd olunan şəxslərə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Oxşar xəbərlər
Goranboyda minik maşını dəmir arakəsməyə çırpılıb
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS Apa-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qey...
