Tofiq Yaqublunun qızı həbsxanaya gəlin köçür
Müsavat partiyasının başqan müavini Tofiq Yaqublunun qızı Nigar Yaqublu ailə həyatı qurmağa hazırlaşır.
BAKU.WS aznews.az-a istinadən bildirir ki, bu barədə N.Yaqublu Feysbuk sosial şəbəkəsində yazıb. O, AXCP-nin həbsdə olan üzvü Seymur Həziylə həyat yollarını birləşdirmək qərarı aldıqlarını bəyan edib.
T.Yaqublu bununla bağlı aznews.az-a açıqlama verib. Bildirib ki, nikah mərasimi sabah S.Həzinin məhkumluq həyatı yaşadığı cəzaçəkmə müəssisəsində baş tutacaq. Başqan müavini özü mərasimdə iştirak edə bilməyəcəyini də qeyd edib.
Qeyd edək ki, ötən ilin yanvar ayında Seymur Həzi Abşeron Rayon Məhkəməsinin qərarıyla 5 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunur.
BAKU.WS
Oxşar xəbərlər
Bakının məşhur restoranında baş verən kütləvi dava haqqında qərar verildi (VİDEO)
Bakı Apellyasiya Məhkəməsində "Oazis” restoranında xuliqanlıq etməkdə təqsirləndirilən Bakı şəhər sakinləri Məmmədov Camal Mahir oğlu, Abdullayev Ravid Yusif oğ...