İtkin düşmüş Salyan sakini Bakıda tapıldı
04
apr
2021
17:35
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İtkin düşmüş Salyan sakini, 1966-cı il təvvəlüdlü Xudaverdiyev Əbülfəz Qabil oğlu tapılıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə onun bacısı Ədibə Xudaverdiyeva bildirib.
Onun verdiyi məlumata görə, qardaşı Xətai Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tapılaraq bu gün ailəsinə təhvil verilib.
Qeyd edək ki, Ə.Xudaverdiyev aprelin 1-də Bakıya gedərək geri qayıtmamışdı.
Ə.Xudaverdiyev fiziki məhdudiyyətli, ikinci qrup əlildir.
Oxşar xəbərlər
Şəhid qardaşı itkin düşüb
Salyan rayon sakini itkin düşüb. BAKU.WS “Report”a istinadən xəbər verir ki, Salyan şəhəri, H.Əliyev prospekti, bina 115, mənzil 12 ünvanında yaşayan 1966-cı il...