“TikTok”da saxta profillər açan şəxs saxlanılıb - VİDEO
Naxçıvanda sosial şəbəkədə başqasının adına saxta profillər açaraq onu bağlamaq üçün hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Naxçıvan MR Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, bir neçə xanım “TikTok” sosial şəbəkəsində naməlum şəxsin onların adına saxta profil açdığını, fotoşəkillərini paylaşdığını və onları təhqir etdiyini, habelə həmin profili bağlamaq üçün müəyyən məbləğdə pul vəsaiti tələb etdiyini bildirib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Babək rayon Güznüd kənd sakini Abbas Qurbanov qısa müddətdə müəyyən edilərək saxlanılıb.
Hazırda Naxçıvan Şəhər Polis İdarəsində araşdırma davam etdirilir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİR + FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...