Tibb Universitetinin professoru vəfat edib
Azərbaycan Tibb Universiteti (ATU) ağır itki ilə üzləşib. Universitetin Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının professoru Ruxsara Həmdulla qızı Əliyeva dünyasını dəyişib.
BAKU.WS xəbər verir ki, məlumatı ATU yayıb.
Ruxsara Əliyeva uzun illər ölkəmizdə gigiyena və ictimai səhiyyə sahəsində elmi-pedaqoji fəaliyyət göstərib. O, bir müddət "Əmək gigiyenası və peşə xəstəlikləri" Elmi-Tədqiqat İnstitutunun direktor müavini, həmçinin "Epidemiologiya, Mikrobiologiya və Gigiyena" Elmi-Tədqiqat İnstitutunun laboratoriya müdiri vəzifələrində çalışıb.
1994-cü ildən etibarən isə professor Əliyeva Azərbaycan Tibb Universitetinin Əmək gigiyenası və uşaq-yeniyetmələr gigiyenası kafedrasında fəaliyyət göstərirdi.
ATU kollektivinin və tələbələrinin sevimlisi olan Ruxsara Əliyeva elmi biliyi, pedaqoji bacarığı və insanpərvərliyi ilə yadda qalıb.
Oxşar xəbərlər
Dövlətə 81,5 milyon manat zərər vurulub, 30 nəfər cinayət məsuliyyətinə cəlb olunub
Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdıran və əlavə dəyər vergisini talayan mütəşəkkil dəstə ifşa edilib. BAKU.WS xəbər verir ki, bu barədə Ba...