Tən ortasında ağac olan yeni yolun çəkildiyi ərazidə daha bir problem - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Nizami rayonu, 8-ci kilometr qəsəbəsində, yaşayış binasının vəziyyəti sakinləri narahat edir.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, Elşən Süleymanov 139 ünvanında 7 mərtəbəli yarımtikili bina qəzalı vəziyyətdədir.
Şikayətçinin sözlərinə görə, binanın lifti yoxdur, pilləkən kənarları isə açıqdır. Bu da sakinlər üçün ciddi təhlükə yaradan amillərdən biridir:
"Bina sovet dövründə inşa olunub. Kompleksə daxil olan 3 9 mərtəbəli bina tikilərək hazır vəziyyətə gətirilib. Bizim binamız və yaxınlıqdakı digər bir bina da yarımçıq vəziyyətdə qalıb. Binamızın üstü də açıqdır. Blokumuzda 14 mənzil var. 7 və 5-ci mərtəbələrdə 1 mənzil iki ailəyə bölünüb. Ümumilikdə 1 blokda 16 ailə məskunlaşıb. Güman edirəm ki, digər blokda da 16 ailə yaşayır. Bina qəzalı vəziyyətdədir, lifti yoxdur, qaz, su və işıq sistemi də onun kimi".
Qeyd edək ki, sözügedən ünvan bir müddət öncə tən ortasında ağaclar olan yeni yol çəkilməsi ilə gündəmə gəlmişdi.
Oxşar xəbərlər
Bir yumruqla qətl hadisəsi: Canlı yayımda elə söz dedi ki...
Gəncə şəhərində 1998-ci il təvəllüdlü Elmar şəxsi münasibətlər zəminində münaqişə zamanı 1983-cü il təvəllüdlü Sahibi qətlə yetirib. BAKU.WS “teleqraf.com”a ist...