Təmir, yoxsa ŞOU? - Bakıda binaya qoyulan təzə boruları bir gün sonra niyə sökürlər?
Bakının Nizami rayonu, Elşən Süleymanov küçəsi 162a ünvanında qəribə vəziyyət yaşanıb.
Bu barədə sakinlər BAKU.WS-in "qaynar xətti"nə şikayətlə müraciət edib.
Bildirilib kİ, dünən həmin ünvanda köhnəlmiş dəmir borular və navalçalar sökülərək yerinə yeni plastik borular quraşdırılıb. Lakin sakinlərin sözlərinə görə, bu gün əraziyə yenidən gələn işçi briqada, bir gün əvvəl quraşdırılan plastik boruları sökərək təkrarən köhnə dəmir boruları quraşdırmağa çalışıb.
"Gəlib 90-cı illərdən qalma köhnə boruları dəyişdilər. Yəqin kiməsə fotolarını çəkib göndərdilər ki, indi də sökmək istəyirlər".
Baş verənlər sakinlərin narazılığına səbəb olub.
Ərazidən kadrları təqdim edirik:
Oxşar xəbərlər
Ağdamda toyda dava: Xəsarət alan var
Ağdam rayonunda toyda dava düşüb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Evoğlu kəndində baş verib. Rayonun Əfətli kənd sakini Tamerlan Əliye...