Tələbənin qətli ilə bağlı RƏSMİ AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
İyulun 4-ü saat 1 radələrində 2003-cü il təvəllüdlü Məhəmməd Alıyevin Mingəçevir şəhəri ərazisində işlədiyi kafenin yaxınlığında qəsdən öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Mingəçevir şəhər Prokurorluğundan BAKU.WS-ə verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, zərərçəkmişlə eyni kafedə işləyən 2004-cü il təvəllüdlü Kənan Osmanov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Məhəmməd Alıyevə çoxsaylı bıçaq xəsarətləri yetirərək sonuncunu qəsdən öldürmüşdür.
Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Kənan Osmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda istintaq davam edir.
Oxşar xəbərlər
Azərbaycanda dəhşətli qətl - Oğul atasını baltalayıb öldürdü
Quba rayonunda qətl hadisəsi olub. Bu barədə BAKU.WS-ə Quba Rayon Prokurorluğundan məlumat verilib. İyunun 9-da Quba rayonu, Sofikənd kənd sakini Sadıq Ramazano...