Azərbaycanda dəhşətli qətl - Oğul atasını baltalayıb öldürdü
Yeniliklərdən dərhal xəbərdar olun
Quba rayonunda qətl hadisəsi olub.
Bu barədə BAKU.WS-ə Quba Rayon Prokurorluğundan məlumat verilib.
İyunun 9-da Quba rayonu, Sofikənd kənd sakini Sadıq Ramazanovun qəsdən öldürülməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, zərərçəkmişin oğlu Rəvan Ramazanov yaşadıqları evin həyətində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı balta ilə Sadıq Ramazanovun sinə və baş nahiyəsinə xəsarətlər yetirərək qəsdən öldürmüşdür.
Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Rəvan Ramazanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.Hazırda iş üzrə istintaq davam edir.
Oxşar xəbərlər
Əmioğlular arasında qanlı dava - biri öldü, digəri tutuldu
Astara rayon Prokurorluğu rayon ərazisində baş verən qətl hadisəsi ilə bağlı açıqlama yayıb. Rayon prokurorluğundan BAKU.WS-ə daxil olan açıqlamada deyilir: Mar...