Təbrizdə binalar çöküb, ölənlər və yaralananlar var
19
fev
2023
22:33
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İran İslam Respublikasının şimal-qərbində yerləşən Şərqi Azərbaycan əyalətində, Təbriz şəhərinin şərq hissəsində bazar günü dörd binanın uçması nəticəsində azı iki nəfər həlak olub.
"Report" xəbər verir ki, bu barədə IRNA agentliyi yerli xilasetmə xidmətlərinin nümayəndəsinə istinadən məlumat yayıb.
Məlumata görə, azı altı nəfər xəsarət alıb, onlar xəstəxanaya yerləşdirilib.
Binaların çökməsinə səbəb kimi qaz partlayışı göstərilir.
Hadisə yerinə xilasedicilər və tibb işçiləri cəlb olunub.
Oxşar xəbərlər
Binəqədidəki partlayışla bağlı cinayət işi açıldı - FOTO/VİDEO - YENİLƏNİB
Bakının Binqədədi rayonunda yaşayış evində baş verən partlayışla bağlı cinayət işi açılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. “Bakı şəhər...