TƏBİB İmişlidə iki yeniyetmənin ölümü ilə bağlı açıqlama verib - YENİLƏNİB
TƏBİB İmişli şəhərində iki yeniyetmənin ölümü ilə bağlı açıqlama verib.
BAKU.WS-in məlumatına görə, Report-un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 15:10 radələrində elektrik cərəyanı vurması səbəbilə İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çağırış daxil olub. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası göndərilib.
2010 və 2014-cü il təvəllüdlü 2 nəfərin (kişi cinsli) hadisə yerində ölüm faktı qeydə alınıb.
Qeyd edək ki, İsbərov Amid Seyran oğlunu və Məmmədov Farid Vahid oğlunu elektrik cərəyanı vuraraq öldürüb.
***16:51
İmişli şəhərində 5 saylı orta məktəbin həyətində elektrik cərəyanının vurması nəticəsində həyatlarının itirən məktəblilərin şəxsiyyəti məlum olub.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, elektrik cərəyanın vurması nəticəsində İmişli sakinləri 2010-cu il təvəllüdlü Amid Seyran oğlu İsbərov və Fərhan Farid oğlu Məmmədzadə həyatlarının itiriblər.
Amid İsbərov və Fərhan Məmmədzadə səkkizinci sinif şagirdləri olublar.
***16:15
İmişlidə iki məktəblini elektrik cərəyanı vuraraq öldürüb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə İmişli şəhərində 5 saylı orta məktəbin həyətində baş verib.
Məktəbin həyətində 6-8-ci sinifdə oxuyan iki məktəbli elektrik cərəyanı vurması nəticəsində həyatlarını itiriblər.
Hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
DTX işçisi olduğunu deyib pul alan “KamAZ” sürücüsü məhkəmə zalında həbs olunub
Bakıda özünü Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim edərək dələduzluq əməli törətmiş şəxs həbs edilib. BAKU.WS qafqazinfo-ya istinadən xəbər veri...