Tbilisidə tanınmış iş adamı güllələndi
Yeniliklərdən dərhal xəbərdar olun
Tbilisinin Vaki rayonunda bir nəfər güllələnib.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, bu, tanınmış iş adamı, “Silk Road” maliyyə qrupunun yaradıcılarından biri, 53 yaşlı Levan Kaçaravadır.
Artıq Daxili İşlər Nazirliyi faktla bağlı Cinayət Məcəlləsinin 108-ci – qəsdən adam öldürmə, 236-cı – qanunsuz olaraq silah əldə etmə, saxlama və gəzdirmə maddələri ilə araşdırma başlandığını təsdiqləyib.
Kaçarava şəxsi avtomobili ilə Baqebi rayonunda, Sxneti qəsəbəsinə gedən magistral yolda hərəkət edərkən güllələnib. Ona 20-yə yaxın güllə atılıb. İş adamı yerindəcə dünyasını dəyişib. Cinayətkarlar hadisə yerindən qaçıblar.
Qeyd edək ki, Kaçarava müxtəlif vaxtlarda hakim partiyalara - həm Vahid Milli Hərəkat (2012), həm də “Gürcü Arzusu”na (2017) sponsorluq edib.
Dövlət reyestrinə əsasən, o, 20-yə yaxın şirkətin səhmdarı olub.
Oxşar xəbərlər
“Əmioğlu” ləqəbli kriminal avtoritetə hökm oxunub
Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə və digər ağır cinayətlərdə təqsirləndirilən 1970-ci il təvəllüdlü Eldar Cabbarovun cinayət işi üzrə məhkəmə pr...