"Tarqovı"ya girişin məhdudlaşdırılması xəbərinə – RƏSMİ AÇIQLAMA
21
may
2019
15:35
Mayın 25-dən 31-dək "Tarqovı", İstiqlaliyyət küçəsi və Fəvvarələr meydanına vətəndaşların girişi məhdudlaşdırılması ilə bağlı mətbuatda yayılan məlumatlara Daxili İşlər Nazirliyi münasibət bildirib.Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov BAKU.WS-ə açıqlama verib. Onun sözlərinə görə, nazirlik bu barədə heç bir məlumat yaymayıb.“Daxili İşlər Nazirliyi tərəfindən belə bir məlumat yayılmayıb”, - deyə Ehsan Zahidov bildirib.***12.5031-dək "Tarqovı", İstiqlaliyyət küçəsi və Fəvvarələr meydanında vətəndaşların sıx hərəkəti məhdudlaşdırılacaq. UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə əlaqədar hüquq-mühafizə orqanları gücləndirilmiş iş rejimində çalışacaq.Hüquq-mühafizə orqanlarından ONA-ya verilən məlumata görə, mayın 29-da baş tutacaq oyunu izləmək üçün ölkəmizə çoxsaylı əcnəbi azarkeşlərlə bərabər turist axını da gözlənilir.Bütün bunları nəzərə alan və həmin günlərdə gücləndirilmiş iş rejimində xidmət aparacaq hüquq-mühafizə, o cümlədən daxili işlər orqanları tərəfindən final oyunu ərəfəsində ictimai asayişin və ictimai təhlükəsizliyin daha etibarlı qorunması, oyunu izləmək üçün gəlmiş çoxsaylı əcnəbilərin rahat, maneəsiz və sərbəst gəzintilərini təmin edilməsi üçün may ayının 25-dən 31-dək paytaxtın bəzi mərkəzi küçə və meydanlarında, xüsusən də Nizami ("Tarqovı") və İstiqlaliyyət küçələrində və Fəvvarələr meydanında vətəndaşların sıx hərəkətinə məhdudiyyətlər qoyulacaq.
Oxşar xəbərlər
Avropa Liqasının finalı ilə bağlı idxal olunan mallar rüsumdan azad edildi
2019 Avropa Liqasının final oyunu və UEFA 2020 Futbol çempionatının oyunları ilə bağlı malların idxalı gömrük rüsumlarından azad edilib.Bununla bağlı Prezident...