Tanınmış kəşfiyyatçı Bakıda faciəvi şəkildə öldü

24
okt
2017
20:52
Bu gün günorta saatlarında Bakıda ölüm hadisəsi baş verib.BAKU.WS-in “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hadisə Səbail rayonu, “Oksford” məktəbi ilə üzbəüz yerləşən hərbçilərin yaşadığı binada qeydə alınıb.Qarabağ müharibəsi iştirakçısı, II qrup əlil, 1957-ci il təvəllüdlü Hüseynov Əlihüseyn Ələsgər oğlu binanın damından yıxılaraq yerə düşüb və hadisə yerindəcə vəfat edib.Onun binanın damına su çənini düzəltmək üçün çıxdığı bildirilir.Qeyd edək ki, Əlihüseyn Hüseynov müharibədə kəşfiyyatçı olub, qəhrəmanlıqlarına görə ona “Yaquar” ləqəbi verilib.Hüseynovun yaşadığı bina Müdafiə Nazirliyinin balansındadır, mənzil ona dövlət tərəfindən verilib.BAKU.WS
Oxşar xəbərlər
Kürəkən general qayınatasının "Gelandewagen"inin təkərlərini deşdi - Bakıda bu da oldu
Bakıda bahalı maşınların təkərlərinin deşilməsi ilə bağlı hadisə baş verib.BAKU.WS "Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu haqda maşınların sahibi Etibar H...
