Tanınmış aparıcının ailəsində qanlı dava - FOTO
30
iyl
2018
10:32
Tanınmış aparıcı Lalə Əlimuxtarovanın ailəsində qanlı hadisə baş verib.BAKU.WS axşam.az-a istinadən bildirir ki, aparıcının 18 yaşlı əmisi nəvəsi Heydərov Ayxan Anar oğlu 24 yaşlı Mirzəyev Baba İsmayıl oğlu tərəfindən bıçaqlanıb.Boğazından bıçaqlanan Ayxan 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb. Reanimasiyada olan zərərçəkmişin vəziyyətinin ağır olduğu bildirilir.Hadisəni törədən Baba isə qaçmağa çalışsa da, Gürcüstan sərhədində polislər tərəfindən saxlanılıb. B.Mirzəyevin əvvəllər də həbs olduğu vurğulanır. Qeyd edək ki, Yasamalda baş verən insident qız üstündə olub. Belə ki, A.Heydərov B.Mirzəyevin xalası qızını sevirmiş. Bunu bilən Baba Ayxandan xalası qızından uzaq durmasını istəyib. Sözləri düz gəlməyən gənclər mübahisə edib və Mirzəyev özü ilə gətirdiyi bıçaqla Heydərova xəsarət yetirib.BAKU.WS
Oxşar xəbərlər
Kamran Həsənli baba oldu - FOTO
Aparıcı Kamran Həsənli baba olub.BAKU.WS xəbər verir ki, 54 yaşlı aparıcının oğul nəvəsi dünyaya göz açıb.Bu barədə aparıcının dostları sosial şəbəkədə yazıblar...