Tanınmış aktyorun qohumu həkim səhlənkarlığının qurbanı oldu

Tanınmış aktyon İslam Mehrəliyevin qohumu həkim səhlənkarlığının qurbanı olub.
Milli.Az xəbər verir ki, tanınmış aktyor İslam Mehrəliyevin baldızı Fatma Nağıyeva həkim səhlənkarlığının qurbanı olub. Belə ki, iki gün əvvəl əməliyyata girən Fatmanın ciyərləri imtina edib.
Yaxınları onu riskli əməliyyatdan uzaqlaşdırsalar da, o, deyilənlərə məhəl qoymayıb.
İddia edilir ki, aktyorun baldızının ölümünə səbəb həkimlərin əməliyyatı düzgün aparmaması olub.
Qeyd edək ki, 35 yaşlı Fatma uzun illərdir Musiqili Teatrın geyim sexində çalışırdı. O, bütün kollektivin rəğbət və hörmətini qazanmışdı.
BAKU.WS

Oxşar xəbərlər
"Həkim dedi ki, sənin balan öləcəkdi" - Bakıda tələbə səhv əməliyyatın qurbanı oldu - FOTO
Şəki Texnologiya Texnikomunun 19 yaşlı tələbəsi Samir Kərimlinin vaxtsız ölümündə onu əməliyyat edən həkim günahlandırılır. BAKU.WS-in məlumatına görə, mərhum...