Tanınmış azərbaycanlı müğənninin ürəyi tutdu, xəstəxanaya yerləşdirildi
Yeniliklərdən dərhal xəbərdar olun
Müğənni Şəbnəm Qəhrəmanova bu gün təcili xəstəxanaya yerləşdirilib. Müğənninin anidən ürəyi tutub. Təcili Tibbi Yardımın ilkin müayinəsindən sonra müğənni xəstəxanaya yerləşdirilib.
BAKU.WS xəbər verir ki, sənətçinin meneceri Paşanın shownews-a bildirdiyinə görə, Ş.Qəhrəmanova aritmiyadan əziyyət çəkir. Bundan müalicə alır. Hadisənin isə anidən baş verdiyini açıqladı:
"Nə olduğunu anlamadıq. Anidən yıxıldı. Elə bildik, ürək döyüntüsü artıb. Gördük, vəziyyət o deyil. Təcili yardım çağırdıq. Onlar isə ilkin tibbi yardım göstərdikdən sonra təcili xəstəxanaya aparmalı olduqlarını bildirdilər. Hamıdan xahiş edirəm, dua etsin. Çox narahatıq. Qucağında azyaşlı körpəsi var".
Oxşar xəbərlər
Azərbaycanda pambıq sahəsində kütləvi zəhərlənmə
Saatlı rayonunda kütləvi zəhərlənmə olub. BAKU.WS “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Nərimankənd kəndində fermer Lətifşah Qəhrəmanova məxsus pambı...