Tanınmış iş adamı həbsdən buraxıldı

Dələduzluq ittihamı ilə həbs olunan tanınmış iş adamı Rövşən Mehdiyev azadlığa çıxıb.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məhkəmə qərar qəbul edib.
Qərara əsasən, Rövşən Mehdiyev ev dustaqlığına buraxılıb.
Qeyd edək ki, R.Mehdiyev dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən "Caspian Energy Club"un Qırğızıstan nümayəndəliyinin rəhbəridir. O, həmçinin Çində "Falson", Qırğızıstanda "Brok Magistr", Türkiyədə "AEMİ" şirkətlərinin, 2022-ci ildə Azərbaycanda yaradılmış "Union Logistika" şirkətinin təsisçisidir.
İş adamı məhz "Union Logistika" ilə bağlı cinayət məsuliyyətinə cəlb olunub. Belə ki, müştərilər Çindən aldıqları müxtəlif məhsulları şirkətə təhvil versələr də, mallar onlara çatdırılmayıb. Faktla bağlı polis tərəfindən aparılan istintaq nəticəsində Rövşən Mehdiyev 2025-ci ilin yanvarında həbs olunmuşdu.
Oxşar xəbərlər
Cəlilabadda ölümlə nəticələnən qanlı cinayət: Sinif yoldaşını məktəbdə bıçaqladı
Cəlilabad rayonunun Xəlilabad kəndində 11-ci sinif şagirdinin bıçaqlanaraq qətlə yetirilməsinin bəzi təfərrüatı məlum olub. BAKU.WS Oxu.Az-a istinadən xəbər ver...
