Tanınmış ekspert İlham İsmayıl saxlanılıb
Nəsimi Rayon Polis İdarəsi 2025-ci ilin sentyabr ayında baş vermiş iri məbləğdə dələduzluq faktı üzrə cinayət işini icraata qəbul edib.
BAKU.WS-in məlumatına görə, İsmayılov İlham Köçəri oğlu Məmmədzadə Emin Yelmar oğlunu aldatmaqla 2018-ci il buraxılışlı "Range Rover" markalı avtomobilin Almaniyadan gətirilməsi üçün 54 min ABŞ dolları ödəməyə razı salıb.
Həmin dövrdə Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə küçəsi 110 ünvanında 34 min manat (20 min ABŞ dolları) məbləğində pul alaraq ziyan vurduğu müəyyən edilib.
Qeyd edək ki, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl barədə yığılmış matreal üzərində araşdırma aparılır. Araşdırmalardan sorna iş məhkəməyə göndəriləcək.
Oxşar xəbərlər
Oğuzda qanunsuz ağac kəsiminə görə cinayət işi başlanılıb
Oğuz rayonunun Padar kəndində qovaq növündən olan ağacların kəsilməsi və təbiətə 6 min manatdan artıq maddi ziyan vurulması ilə bağlı cinayət işi başlanılıb. BA...