Sürücülərə şad xəbər: Bu yol açılır

Sürücülərə şad xəbər: Bu yol açılır
Hadisə 3856
 

Xocalı soyqırımının ildönümündə keçiriləcək tədbirlərlə bağlı paytaxtın Yusif Səfərov küçəsindəki təmir işləri sürətləndirilib.

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə,həmin ərazidə yolda artıq söküntü və tikinti işləri yekunlaşıb.

Xocalı soyqırımının 25-ci ildönümündə keçiriləcək tədbirlərlə əlaqədar olaraq həmin ərazidə işlər tamamlanır. Yolda təmirə bağlanan hissə fevralın 25-də tam olaraq açılacaq və əhalinin abidəni ziyarət etməsinə şərait yaradılacaq.

Yolda asfaltlanma işləri aparılsa da, hələ tam yekunlaşmayıb. Gələn həftədən etibarən işlər davam etdiriləcək.

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Xocalı soyqırımına dair videoçarx AZAL-ın reyslərində nümayiş etdiriləcək

Xocalı soyqırımına dair videoçarx AZAL-ın reyslərində nümayiş etdiriləcək

Fevralın 26-da Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar "Azərbaycan Hava Yolları”-na məxsus aviareyslərdə bu qanlı qırğına həsr olunan videoçarx nümayiş...

1451 Sosial 11:31 24 fevral 2017

Son xəbərlər