ABŞ səfiri Xocalı şahidlərini dinləməyə tab gətirmədi
ABŞ səfiri Robert Sekuta və xanımı Goranboyda Xocalıdan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə oldu.
Səfir mənə dedi ki, Xocalı soyqırımının şahidlərini eşitmək istəyir. Mən bir neçə hadisə şahidi tapdım. Səfir və xanımının iki nəfəri dinlədikdən sonra qalan şahidləri dinləməyə gücü çatmadı. Xocalı soyqırımının şahidlərinin dediklərindən sonra səfirin xanımının halı pisləşdi.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Xocalı rayon icra hakimiyyətinin başçısı Şahmar Usubov Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş dəyirmi masada çıxışı zamanı deyib.
Xocalıdan olan məcburi köçkünlərin respublikanın müxtəlif rayonlarında məskunlaşdığını vurğulayan icra başçısı bildirib ki, Azərbaycan dövləti, Azərbaycan prezidenti İlham Əliyev Xocalı soyqırımının dünyada tanıdılmasında böyük işlər görür.
BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyevin başçılığı ilə yürüş olacaq
Bakıda XX əsrin ən dəhşətli və qanlı faciələrindən biri olan Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar ümumxalq yürüşü keçiriləcək. BAKU.WS Unikal.org-a...