SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ! Bu yolda hərəkət dəyişdirildi - VİDEO

Nərimanov rayonu, Təbriz küçəsi ilə Ağa Nemətulla küçələrinin kəsişməsində hərəkətin idarə edilməsində dəyişiklik olunub.
NİİM-dən BAKU.WS-ə verilən məlumata görə, monitorinq zamanı müəyyən edilib ki, Təbriz küçəsindən Ağa Nemətulla küçəsinə sağa dönən zaman svetoforun yaşıl işığı həm nəqliyyat vasitələri, həm də piyadalar üçün eyni vaxtda yanır və qəza şəraiti yaranır. Problemin qarşısını almaq üçün svetoforun iş rejimi 2 fazadan 3 fazaya dəyişdirilib və yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkəti təmin edilib.
Kəsişmədə edilən dəyişiklikdən sonra bu yolda sıxlığın qarşısı qismən alınıb.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...
