Sumqayıtda yataqxanada yanğın olub: 25 yaralı (FOTO)
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıt şəhərində ümumi sahəsi 4420 m² olan beşmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsinin dəhlizində taxta konstruksiyalardan quraşdırılmış rəflər, əşyalar 100 m² sahədə və 15 otağın giriş qapıları yanıb.
Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 15 nəfər bina sakini xilas, 20 nəfəri isə təxliyə edilib. Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 21:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Sumqayıt Təcili Yardım Xəstəxanasından Trend-ə verilən məlumata görə, yanğından sonra 25 nəfər xəstəxanaya yerləşdirilib.
Həmçinin qeyd edilir ki, 1 nəfər 14 yaşlı qızın vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda hündürmərtəbəli binada yanğın: sakinlər təxliyyə edildi (VİDEO)
Bakıda çoxmərtəbəli binada yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Bakı şəhəri, Nizami rayonunda 14 mərtəbəl...