Sumqayıtda dəhşətli qəza anbaan kameraya düşdü

Sumqayıtda dəhşətli yol-nəqliyyat hadisəsi qeydə alınıb.
BAKU.WS xəbər verir ki, bu barədə DYP məlumat yayıb. Hadisə nəticəsində "KIA Optima"nın sərnişini Günel Bəylər qızı Hüseynova aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib, sürücü Əlfəddin Əbdülhəsənov isə yüngül xəsarət alıb.
"Sürət həddinə, manevretmə qaydalarına əməl etmək hər bir sürücünün vəzifəsidir. Bəzən insan müqəddəratını həll edən bu qaydalara etinasız yanaşmanın aqibəti də yəqin ki, hər kəsə məlumdur.
Təəssüf ki, intizamsızlıq, məsuliyyətsizlik, yaxud səbirsizlik səbəbindən hələ də bu kimi qayda pozuntularının və onların acı nəticələrinin şahidi oluruq.
Sumqayıt şəhəri, Sahil küçəsində qeydə alınan bu videogörüntüdəki yol-nəqliyyat hadisəsinə təbii ki, araşdırmalardan sonra hüquqi qiymət veriləcək.
Amma, əfsus ki, kobud qayda pozuntularının müşahidə edildiyi bu qəzada həlak olan sərnişini həyata qaytarmaq mümkün olmayacaq.
Dəyərli sürücülər! Unutmayın!
Tutduğunuz sükan həm də sizin və həyatını sizə etibar edənlərin talehini idarə edir. Özümüzün və başqalarının həyatına biganə qalmayaq!", deyə məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Bakıda avtomobil skuter sürən azyaşlı qızı vurub öldürüb
Bu gün 19:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nəsimi rayonu, D.Əliyeva İlə R .Behbudov küçəsi kəsişməsi ərazisindən yol-nə...