Sumqayıtda 9-cu sinif şagirdi bıçaqlandı, məktəbli saxlanıldı
Sumqayıt şəhərində məktəbli oğlan bıçaqlanıb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, hadisə dünən Sumqayıt şəhərində, Mehdi Hüseynzadə adına stadionun ətrafındakı parkda baş verib.
Sumqayıt şəhər sakini, 2011-ci il təvəllüdlü T.Ə. bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisənin 2010-cu il təvəllüdlü R.H. tərəfindən törədildiyi müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb.
Məlumata görə, hər iki yeniyetmə Sumqayıtdakı orta məktəblərdən birinin şagirdləridir. R.H. orta məktəbin 10-cu, T.Ə. isə 9-cu sinif şagirdidir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Sumqayıtda dənizdə batan 82 yaşlı kişinin meyiti tapılıb
Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində 24 sentyabr 2026-cı il tarixində dənizdə batan 82 yaşlı kişinin meyiti tapılıb. Bu barədə BAKU.WS-ə Fövqəl...