Sumqayıt sakini dəm qazından boğulub

Sumqayıt sakini dəm qazından boğulub
Hadisə 110

Sumqayıt şəhərində dəm qazı 74 yaşlı qadının ölümünə səbəb olub.

BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin “Qurd dərəsi” yaşayış massivində qeydə alınıb.

1947-ci il təvəllüdlü Hüseynova Şükufə Həmid qızı dəm qazından boğulub. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər