Su basmış ərazilərdə 25 nəfər, qarlı-şaxtalı havada qalan 1 nəfər xilas edilib - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Davam edən yağıntıların, kəskin hava şəraitinin törətdiyi fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri tərəfindən təxliyə və suçəkmə işləri ötən gecə və səhər saatlarında davam etdirilib.
FHN-dən BAKU.WS-ə verilən məlumata görə, Masallı rayonunun Boradigah kəndində, Cəlilabad şəhəri və rayonun Göytəpə şəhəri və Təzəkənd kəndində, Füzuli rayonunun Aşağı Yağlıvənd kəndində müvafiq olaraq təxliyə və suçəkmə tədbirləri həyata keçirilib.
Ümumilikdə FHN-in qüvvələri tərəfindən Masallı və Cəlilabad rayonlarının su basmış ərazilərindən daha 25 nəfər və qarlı-şaxtalı havada Cəbrayıl şəhərində 1 və Cəlilabad rayonunun Kövüzbulaq kəndində 5 köməksiz vəziyyətdə qalmış avtomobil içərisindəki vətəndaşlarla birlikdə təhlükəsiz əraziyə təxliyə olunaraq xilas ediliblər.
Oxşar xəbərlər
Masallıda su altında qalan kəndlərdən yeni görüntülər - VİDEO
İntensiv yağışlar Masallıda su altında qalan kəndlərin sayının artmasına səbəb olub. BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, görüntülər sosial şəbəkədə yayı...