Masallıda su altında qalan kəndlərdən yeni görüntülər - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
İntensiv yağışlar Masallıda su altında qalan kəndlərin sayının artmasına səbəb olub.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, görüntülər sosial şəbəkədə yayılıb.
Videodan görünür ki, evləri su altında qalan kənd sakinləri evlərini tərk etməyə çalışırlar. Yollarda suyun səviyyəsi çox olduğundan nəqliyyat vasitələri suda qalıb.
Əraziyə cəlb edilən polis əməkdaşları sakinlərə köməklik göstərməyə çalışırlar.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) verdiyi məlumata görə, ötən gün Xaçmaz rayonunun Meşəli qəsəbəsində, Füzuli rayonunun Aşağı Yağlıvənd kəndində, Masallı rayonunun Köhnə Alvadı kəndində, Cəlilabad şəhəri və rayonun Göytəpə şəhəri və Təzəkənd kəndində müvafiq olaraq suçəkmə və təxliyə tədbirləri həyata keçirilib.
Həmin görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
İlham Əliyev Rusiyanın aparıcı KİV rəhbərləri ilə görüşüb - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölk...