Spirtli içki aludəçisi qadın kişini küçədə qətlə yetirdi

Spirtli içki aludəçisi qadın kişini küçədə qətlə yetirdi
Hadisə 131

Sumqayıtda 46 yaşlı kişi küçədə qətlə yetirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, hadisə noyabrın 30-da saat 10 radələrində Sumqayıt şəhəri Bağlar sahəsində baş verib. 1976-cı il təvəllüdlü Aydın Həsənovun bıçaq xəsarətlərindən ölməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən A.Həsənovun Sumqayıt şəhər sakini, spirtli içki aludəçisi 1975-ci il təvəllüdlü Anastasiya Həmzəyeva tərəfindən qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

O, saxlanılaraq istintaqa təhvil verilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər