Sovet hərbçilərinin dəfn olunduğu "Qurd qapısı" qəbiristanlığı

Üç əsas hissədən ibarət olan "Qurd qapısı" qəbiristanlığı kimi də adlanan Yasamal qəbiristanlığı 1940-cı illərdə salınıb.
BAKU.WS PhotoStock.az-a istinadən xəbər verir ki, burada müsəlman, yəhudi və xristian məzarlıqları var.
Qəbiristanlığa daxil olub bir qədər irəlilədikdən sonra İkinci Dünya müharibəsində həyatını itirmiş sovet hərbçilərinin dəfn olunduğu məzarlığı görmək olar.
Məzarlığın giriş hissəsindəki qara lövhə üzərində bu sözlər həkk olunub:
"Yasamal Hərbi memorial kompleksi. Burada SSRİ-nin bütün respublikalarından 1941-45-ci illərdə vətən uğrunda döyüşlərdə yaralanmış, Bakı şəhərindəki hərbi hospitallarda vəfat etmiş sovet hərbçiləri dəfn olunublar. Qəhrəmanların əbədi xatirəsinə!"
Məzarlıqda, həmçinin həyatını itirmiş sovet hərbçilərinin şərəfinə abidə ucaldılıb.
Qalereya
Oxşar xəbərlər
Tərtərdə məktəb binası yanıb
Tərtər rayonunda məktəb binası yanıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Azad Qaraqoyunlu kəndinə qeydə alınıb. Belə ki, yanğın baş verən ə...
