SON DƏQİQƏ! Türkiyədə mədəndə partlayış - yaralılar var (VİDEO)

21
noy
2018
10:15
Türkiyənin Zonguldak bölgəsində mədəndə partlayış baş verib. BAKU.WS-in məlumatına görə, Kilimli deyilən ərazidə yerləşən mədəndə baş verən partlayış zamanı 2 fəhlə yaralanıb. Digər 3 fəhlədən isə hələki xəbər yoxdur. Çox sayda xilasedici əraziyə cəlb olunub. Bu gün saat 03:00-da baş verən partlayışda Evren Cinemre və Adem Alibaş adlı şəxslər xilas edilib. Mədəndə qalan Kenan Çavuş, Hasan Gençtürk və Uğur Göktaşdan isə hələ də xəbər yoxdur. Vali Ərdoğan Bektaş araşdırmaların aparıldığını və xilasetmə işlərinin davam etdiyini bildirib: "İçəridə üç mədən işçisi var. Əslində biz detalları bilmirik. Onların sağ olması ilə bağlı ümidimiz yoxdu".AbbasBAKU.WS 








Oxşar xəbərlər
Kamaləddin Heydərov Gəncədəki partlayışın ilkin səbəbini açıqladı (VİDEO)
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Gəncə şəhərində partlayış baş verən əraziyə baş çəkib."Report"un Qərb bürosunun məlumatına görə, vəziyyətlə tanış ol...