SON DƏQİQƏ: Ermənilər cəbhədə təxribata başladılar: itki vermişik
Ermənistan yenidən cəbhə xəttində vəziyyətin gərginləşdirilməsi üçün təxribat əməllərinə başlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, oktyabrın 5-də axşam saatlarında qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən mövqelərimizin atəşə tutulması nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Məmmədov Sahil Sabir oğlu şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!
Bildiririk ki, qoşunların qarşıdurma xəttində baş verən növbəti qanlı təxribata görə məsuliyyət bütünlüklə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Перейдя по ссылке вы можете ознакомиться со статьей на русском языке
Oxşar xəbərlər
Müdafiə Nazirliyi şəhid xəbərini təsdiqlədi
Ermənistanın növbəti təxribatı nəticəsində hərbi qulluqçumuz şəhid olub. Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Ermənistan hərbi-siyasi rejimin...