SON DƏQİQƏ! Azərbaycanda YDM partladı - yaralılar var (YENİLƏNİB)

SON DƏQİQƏ! Azərbaycanda YDM partladı - yaralılar var (YENİLƏNİB)
Hadisə 9486
Tərtərdə yanacaqdoldurma məntəqəsində (YDM) qəza baş verib.BAKU.WS Trend-ə istinadla xəbər verir ki, hadisə nəticəsində iki nəfər yaralanıb. Xəsarət alanlar təcili tibbi yardımla Tərtər rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.Xəstəxanadan verilən məlumata görə, 1966-cı il təvəllüdlü Rzayev Seymur Əli oğlu və 1995-ci təvəllüdlü Məmmədli Əsgər Səlim oğlunun vəziyyətləri ağırdır.Məlumatda həmçinin deyilir ki, hazırda baş həkim başda olmaqla xəstəxananın həkim heyəti xəsarət alanların yanındadırlar.***12:20Tərtər rayonunda yanacaqdoldurma məntəqəsində partlayış baş verib.BAKU.WS "Report"a istinadla xəbər verir ki, hadisə zamanı iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlər yaralıların vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.Faktla bağlı araşdırma aparılır.BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər