FHN Xəzər dənizindəki yanğınla bağlı rəsmi açıqlama yaydı - VİDEO (YENİLƏNİB)
08
iyn
2019
13:12
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində estakadalardan birində baş vermiş yanğınla bağlı məlumat yayıb.BAKU.WS nazirliyin saytına istinadən xəbər verir ki, Bakı şəhərinin Səbail rayonunda Xəzər dənizində (sahilə yaxın ərazidə) “Xəzər-3” qurğusunda söküntü işləri aparılan zaman yanğın baş verib.Yanğın nəticəsində 50 m² sahədə yağ və mazut qalıqları yanıb. Hadisə zamanı xəsarət alan olmayıb.Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.***12:14***Bakının Səbail rayonu hissəsində estakalardan biri yanır.Hadisə şahidlərinin BAKU.WS-ə verdiyi məlumata görə, hazırda ərazidə qatı böyük duman kütləsi müşahidə edilir.Əraziyə çoxlu sayda yanğınsöndürən maşın cəlb edilib.Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.Fərid ƏDALƏT
Oxşar xəbərlər
Bakıda gülməli hadisə - Kabab bişirirdilər, yanğınsöndürənlər gəldi – VİDEO
Ötən gün Bakının Nərimanov rayonunda maraqlı hadisə baş verib.Bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat veriblər. Bildirilir ki, “Gənclik” metrostansiyası ya...