FHN Qarabağdakı yanğınla bağlı məlumat yaydı (VİDEO)

FHN Qarabağdakı yanğınla bağlı məlumat yaydı (VİDEO)
Video
Hadisə 2810

Fövqəladə Hallar Nazirliyi Qaradağ rayonunda baş verən yanğınla bağlı məlumat yayıb.

FHN-dən BAKU.WS-ə verilən məlumatda qeyd olunur ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Qaradağ rayonu ərazisində açıq ərazidə quru ot yanır.

Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən yanğının söndürülməsi üçün işlər görülür. Əlavə məlumat veriləcək.

BAKU.WS

***16:32

Bakının Qaradağ rayonunda zavodlardan birində güclü yanğın başlayıb.

Bu barədə BAKU.WS-ə hadisə şahidləri məlumat veriblər.

Bildirilir ki, yanğın "İnter Glass” şüşə qablarının istehsalı zavodunda baş verib.

Qaradağ rayonu ərazisində yanğın hadisəsinin baş verdiyi Fövqəladə Hallar Nazirliyi tərəfindən təsdiqlənib.

FHN-nin mətubat xidmətindən bildirilib ki, Qaradağ Dövlət yanğından Mühafizə Xidmətinə həmin ərazidə yanğın hadisəsinin baş verdiyi barədə məlumat daxil olub. Hadisə yerinə yanğınsöndürən briqadalar yollanıb. 

BAKU.WS 

Oxşar xəbərlər

Bakıda güclü yanğın kameraya düşdü (VİDEO)

Bakıda güclü yanğın kameraya düşdü (VİDEO)

Bakı şəhərində güclü yanğın hadisəsi baş verib. "Report"un məlumatına görə, hadisə Xutor qəsəbəsində qeydə alınıb. Belə ki, yanğın qəsəbədə yerləşən zibilxana...

1764 Hadisə 11:59 04 sentyabr 2016

Son xəbərlər