“Piramida Plaza”da yanğın - Hadisə yerindən görüntülər - VİDEO (YENİLƏNİB)

26
iyn
2019
17:11
BAKU.WS-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, yanğın elektrik naqillərində yüklənmə səbəbindən baş verib.Yanğın 14-cü mərtəbədən 17-ci mərtəbəyə qədər davam edib.Hadisə yerinə Səbail, Nərimanov və Nəsimi rayonlarının çox sayda yanğınsöndürənləri cəlb edilib. Qısa zaman ərzində yanğın söndürülüb.Xilasedicilər binadan 20 sakini təxliyyə ediblər.Fərid ƏDALƏT***16:48Bakının mərkəzində yerləşən “Piramida Plaza”da yanğın baş verib. BAKU.WS FHN-ə istinadla xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsində binada yanğın olması barədə məlumat daxil olub.Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.Əlavə məlumat veriləcək.






















Oxşar xəbərlər
Bakıda "X-Lady" mağazasında baş verən yanğın söndürüldü - VİDEO (YENİLƏNİB)
Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən X-Lady mağazasında baş vermiş yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölm...
