Son bir həftədə yaşıllıqlara 90 min manatdan çox ziyan dəyib
Yeniliklərdən dərhal xəbərdar olun
Son bir həftə ərzində Bakı, Gəncə şəhərlərində, Abşeron, Xaçmaz və İsmayıllı rayonları ərazilərində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.
Bu barədə BAKU.WS-ə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Belə ki, Bakı şəhəri Binəqədi rayonu Xocəsən qəsəbəsi Vüsal Məhərrəmov küçəsində, Gəncə şəhəri Gülüstan qəsəbəsi Bülbül küçəsində, Abşeron rayonu Xırdalan şəhəri H.Z.Tağıyev küçəsində, Abşeron rayonu Masazır qəsəbəsi ərazisində, Quba rayonu Təngəaltı, Xaçmaz rayonu Çaykənarı və İsmayıllı rayonu Zərnava kəndlərinin ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 90 760 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.
Oxşar xəbərlər
Borca görə qətlə yetirilən Xəyalənin FOTOSU
Siyəzən rayon sakini, 1982-ci il təvəllüdlü Xəyalə Muradağa qızı Ağamalıyevanın qətlə yetirilməsi ilə bağlı yeni təfərrüat məlum olub. Baku TV-nin məlumatına gö...