SOCAR: "Neft Daşları" - Dübəndi neft xəttində sızma baş verib, təmir işləri hava şəraitindən asılıdır
"Azneft" İstehsalat Birliyinin "Neft Daşları"- Çilov - Şah saçı - Dübəndi neft xəttində sızma müşahidə edilib.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.
Qeyd edək ki, sosial şəbəkələrdə və bəzi KİV-lərdə "Neft Daşları" Neft-Qaz Çıxarma İdarəsinin (NQÇİ) ərazisindən və "Günəşli" yatağından nefti sahilə nəql edən xətdə sızma olması ilə bağlı məlumat yayılıb.
"Qeyd olunan neft xətti "Neft Daşları"ndan neft və kondensatın Dübəndi istiqamətində nəqlini həyata keçirir. Küləkli hava şəraitinin yaratdığı çətinliklərə baxmayaraq, yaranmış vəziyyətin aradan qaldırılması üçün müvafiq addımlar atılır", - SOCAR-ın cavabında vurğulanıb.
Bildirilir ki, təmir-bərpa işlərini həyata keçirəcək heyətin təhlükəsizliyini təmin etmək üçün hava şəraitinin sabitləşməsi gözlənilir. "Əməliyyatın təhlükəsiz icrası üçün uyğun şərait yarandıqdan sonra təmir-bərpa işləri tamamlanacaq".
Oxşar xəbərlər
Məhkəmə qaynını öldürüb, arvadını baltalayan çoban haqqında qərar verdi
Qusarda qaynını balta ilə öldürməkdə, həyat yoldaşını isə öldürməyə cəhddə təqsirləndirilən 68 yaşlı Vəkil Əlibəyovun Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökm...