İsmayıllıda bir ailənin üç üzvü zəhərlənib
Yeniliklərdən dərhal xəbərdar olun
İsmayıllı rayonunun Mollaisaqlı kəndində zəhərlənmə hadisəsi baş verib.
"Report"un Yuxarı Şirvan bürosunun xəbərinə görə, kənd sakinləri - 1962-ci il təvəllüdlü Ağakişiyeva Solmaz Bayram qızı və övladları - 1996-cı il təvəllüdlü Şəhlalı Bəhman Tofiq oğlu, 1994-cü il təvəllüdlü Şəhlalı Lazım Tofiq oğlunun axşam yeməyindən sonra halı pisləşib, onlarda zəhərlənmə əlamətləri müşahidə olunub.
Ana və övladları təcili olaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Ailə üzvlərinin qarpızdan zəhərləndiyi ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Qusarda kütləvi zəhərlənmə olub - Aralarında 5 uşaq var
Qusar rayonunda qidadan kütləvi zəhərlənmə faktı baş verib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qələcuq kəndində qeydə alınıb. 2012-ci il tə...