Qusarda kütləvi zəhərlənmə olub - Aralarında 5 uşaq var

Qusar rayonunda qidadan kütləvi zəhərlənmə faktı baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qələcuq kəndində qeydə alınıb.
2012-ci il təvəllüdlü Ağakişiyeva Mədinə Tərlan qızı, 2010-cu il təvəllüdlü Ağakişiyeva Lalə Tərlan qızı, 2011-ci il təvəllüdlü Ağakişiyev Məmmədəli Kamran oğlu, 2014-cü il təvəllüdlü Ağakişiyev Seyidəli Kamran oğlu, 2018-ci il təvəllüdlü Ağakişiyeva Şəfa Kamran qızı, 1963-cü il təvəllüdlü Ağakişiyev Ağaəfəndi Əliəfəndi oğlu, 1989-cu il təvəllüdlü Ağakişiyeva Aygün Fikrət qızı və Ağakişiyeva Nəsibə Kamil qızı qida zəhərlənməsi diaqnozu ilə Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
İlkin ehtimala görə onların qutabdan zəhərləndiyi bildirilir.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Səhiyyə Nazirliyindən bildirilib ki, bir ailənin üzvü olan həmin şəxslərə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Oxşar xəbərlər
Azərbaycanda 10 nəfər dəm qazından zəhərləndi
Salyanda bir gündə iki ailədə zəhərlənmə hadisəsi baş verib. BAKU.WS oxu.az-a istinadla xəbər verir ki, hadisə rayonun Qızılağac kəndində baş verib. Kənddə yaşa...