Siyəzəndə yol qəzası olub, ölən və xəsarət alan var
12
mar
2021
23:36
Siyəzəndə ağır yol nəqliyyat hadisəsi baş verib.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Bakı-Quba yolunun Siyəzən rayonundan keçən hissəsində qeydə alınıb.
Belə ki, iki avtomobilin toqquşması zamanı İsmayılova Şəbnəm Qabil qızı dünyasını dəyişib, 1975-ci il təvəllüdlü Kərimov Əsəd Səməd oğlu isə xəsarət alıb. Ə.Kərimov təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona boyun fəqərəsinin kompression sınığı diaqnozu qoyulub.
Oxşar xəbərlər
Bakıda ağır qəza törədən avtobus sürücüsü tutulub
Xətai rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisin...