Şuşada silah-sursat aşkar edildi

08
okt
2021
16:49
Şuşada silah-sursat aşkar edilib.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Şuşa Rayon Polis Şöbəsinin əməkdaşlarının Dövlət Təhlükəsizliyi Xidmətinin və Minatəmizləmə Agentliyinin müvafiq qurumları ilə birgə keçirdikləri növbəti tədbir zamanı Şuşa şəhəri və Daşaltı kəndi ərazisindən bir avtomat, üç mina, 30 müxtəlif növ qumbara, yeddi “Foqot” qurğusu, 12 qumbaraatan mərmisi, altı minaatan mərmisi, 11 UZRQM partladıcısı, 7 380 ədəd müxtəlif çaplı patron və digər döyüş sursatları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Oxşar xəbərlər
Füzulidə xeyli sayda silah-sursat aşkar edilib - FOTO/VİDEO
İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir. DİN-in mətbua...