Şirvanda avtomobil 58 yaşlı qadını vurdu
28
noy
2020
23:23
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Şirvanda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Şirvan şəhərində qeydə alınıb.
Belə ki, 1962-ci il təvəllüdlü Kamilova Ziyafət Ədalət qızı yolu keçmək istəyən zaman “VAZ-2107” markalı avtomobil onu vurub. Nəticədə piyada müxtəlif bədən xəsarətləri alıb. Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Gəncə, Sumqayıt və Masallıda yol qəzaları: 3 ölü, 1 yaralı var - VİDEO
Gəncədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.Xezerxeber.az-ın məlumatına görə, şəhərin Şah İsmayıl Xətai prospektində yolu qarşı tərəfə keçmək i...