Şəmkirdə "Prado" VAZ-la toqquşdu, xəsarət alanlar var
03
noy
2021
20:10
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Şəmkir rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
BAKU.WS-in yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun Düyərli kəndində baş verib. "Toyota Prado" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.
Yaralılar 1967-ci il təvəllüdlü Novruz Novruzov, 1997-ci il təvəllüdlü Osman Məmmədov və daha 1 nəfərdir. Onlar Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırmalara başlanılıb.
Oxşar xəbərlər
Azərbaycanda 6 nəfərin öldüyü DƏHŞƏTLİ qəzanın görüntüləri yayıldı (VİDEO18+)
Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Tanrıqulul...